
Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün ikinci turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə Sara Papp (Almaniya) ilə, Ülviyyə Fətəliyeva Fiona Ziberlə (Almaniya) münasibətləri aydınlaşdıracaq.
Gülnar Məmmədova polşalı Aleksandra Laçı, Xanım Balacayeva sloveniyalı Nadya Şpankonu sınağa çəkəcək. Son Azərbaycan çempionu Gövhər Beydullayeva Nadya Tonçeva (Bolqarıstan) ilə, gümüş mükafatçı Ləman Hacıyeva Marta Qarsiya (İspaniya) ilə üz-üzə gələcək. Nəhayət, Səbinə İbrahimovanın rəqibi Anna Sarkisyan (Ermənistan) olacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:15-də start götürəcək.
İlk turdan sonra Məmmədzadə, Fətəliyeva, Beydullayeva və Hacıyevanın 1, digər üç təmsilçimizin 0,5 xalı var.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq