14:29 01.09.2022 354

\"Sonda Gülnarla oynamağım xoş olmadı\" - Ülviyyə Fətəliyeva

Çexiyanın paytaxtı Praqada keçirilmiş şahmat üzrə qadınlar arasında Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyevanın Fanat.Az-a müsahibəsi

- Karyeranızda ilk dəfə Avropa çempionatının mükafatçısı oldunuz. Həmçinin Günay Məmmədzadə ilə birgə ölkə qadın şahmatı tarixinə ilk qitə medalçıları kimi düşdünüz. Hansı hissləri keçirirsiniz?
- Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir. Çox sevincli, qürurdolu anlar yaşayırıq. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə xoş oldu.

- Son turda komanda yoldaşınız Gülnar Məmmədova ilə qarşılaşırdınız. Son turadək hər ikinizin də medal şansı var idi. Təcrübəli rəqibinizlə həlledici matç öncəsi əhval-ruhiyyə necə idi?
- Əhval-ruhiyyə, açığı, çox qarışıq idi. Sonuncu turda Gülnarla oynamağım xoş olmadı. Qeyd etdiyiniz kimi, həm onun, həm də mənim medal imkanlarımız varıydı. Rəqib olmağımız isə ən azından birimizin bu imkandan məhrum olması demək idi. Çox xoş olardı ki, hər üçümüz kürsüdə yer alardıq. Amma nə etmək olardı, Gülnar da, mən də ayrılıqda ələ düşən şansı dəyərləndirməliydik. Tam olaraq görüşə fokuslanmışdım. Nəticədə, istəyimə çatdım.

- Avropa çempionatında qızıl medalçı Monika Soçko ilə duel də daxil olmaqla keçirdiyiniz heç bir görüşdə məğlub olmadınız. Hətta sözügedən Polşa şahmatçısı ilə matçda çətin vəziyyətə düşsəniz də, sonradan heç-heçəyə nail ola bildiniz. Həmin qarşılaşma barədə ətraflı danışarsınız.
- Soçko ilə görüşüm doqquzuncu tura təsadüf edirdi. Həmin vaxt da o, lider idi. Həmin matça yalnız qələbə üçün çıxmışdım. Ağ fiqurlarla oynamağımdan istifadə edib var gücümlə qələbə qazanmağa çalışırdım. Qarşılaşmanın ortasında yaxşı üstünlük əldə etmişdim. Amma vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Buna rəğmən, sonadək mübarizə aparıb heç-heçəyə nail oldum.

- Daha əvvəl sizin də heyətində yer aldığınız yığma Hindistandakı Ümumdünya Şahmat Olimpiadasında son turadək medal iddiasını qorumaqla bir ilkə imza atmışdı. Siz isə sonda fərdi mükafata layiq görülmüşdünüz. Reytinqiniz də artıq 2400-ü keçib. İl ərzində belə uğurlu çıxışınızı şərtləndirən amillər nələrdir?
- Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Fərdi mükafata mənimlə yanaşı, Xanım Balacayeva da layiq görüldü. Biz mart ayından etibarən Olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. 

- Sizinlə komandalararası son Avropa çempionatından sonrakı müsahibəmizdə təxminən belə bir fikir işlətmişdiniz: "Şahmata daha çox diqqət ayırsaydım, indi daha yaxşı yerlərdə olardım". Son nəticələriniz həm də bu dediklərinizin təsdiqi oldu.
- Bəli. Dediyim kimi, Olimpiadaya hazırlıq prosesində biz demək olar ki, hər gün şahmatla məşğul olurduq.

- Bu nəticələr sizi daha da ruhlandırmalıdır. Qarşıda hansı hədəflər var?
- Daha yüksək zirvələri fəth etmək istəyirəm. Hədəfim Azərbaycanı daha böyük yarışlarda uğurla təmsil etməkdir. Ümid edirəm ki, qadın şahmatçılarımızın qarşıda bundan da xoş soraqları gələcək.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:03

MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"na qarşı - YENİLƏNİR 

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

14:31

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli bilindi

14:10

“Kəpəz” növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək

13:56

"Bayer Leverkuzen" "bitdi" demədən bitməz - İnanılmaz statistika

Facebookdan bizi izləməyi unutmayın.
X