16:07 01.09.2022 420

Respublika Şahmat Olimpiadası başa çatdı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub. 

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A (12-16) və B (12 yaşadək) qruplarında təşkil edilib. 

Olimpiadanın A qrupunda mübarizə aparan Şəki şahmatçısı İslam Hacıəliyev 11 oyundan 9.5 xal toplayaraq 1-ci yerin sahibi olub. 2-3-cü yerləri Sumqayıt şahmatçıları Əli Həsənov ( 9 xal)  və Musa Taklavi (8.5 xal) tutub.

Amin Novruz Qurbanov və Rüstəm Rüstəmov hərəyə 8.5 xal toplayaraq müvafiq olaraq 4-5-ci pillədə qərarlaşıblar.

B qrupunda çempion adını 9.5 xal toplayan Murad Rzayev qazanıb. Şəmsəddin Mehdiyev (Balakən) 9 xalla 2-ci, onunla eyni xal toplayan Cavad Xəlilzadə (Bakı) isə 3-cü olub.

Suat İbrahimli, Yusif Babayev, Əsnad Baxşızadə və Mikayıl Şirinov 9 xalla əlavə göstəricilə görə 4-7-ci yerləri bölüşdürüblər.

Eyni zamanda komanda hesabında A qrupunda 1-ci yeri Sumqayıt komandası, 2-ci yeri 3 N-li UGİŞM, 3-cü yeri Gəncə komandası, B qrupunda isə 1-ci yer RŞM, 2-ci yer 4 N-li UGİŞM, 3-cü yeri Vüqar Həşimov komandası tutub.

Qeyd edək ki, Olimpiadada ölkənin bütün şəhər və rayonlarının eləcə də şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak edib. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
20:13

"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi

19:50

Ramil Şeydayev "Soçi"də - RƏSMİ

19:11

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

18:46

"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

18:22

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

17:55

"Real"ın sol cinah müdafiəçisi qalır

17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

Facebookdan bizi izləməyi unutmayın.
X