Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" adlanan turnirin ikinci turunda Hans Nimann (ABŞ) ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov matçın 49-cu gedişində rəqibinə məğlub olub.
Təmsilçimiz ilk qarşılaşmasında ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçəyə razılaşıb. Təcrübəli şahmatçı hazırda 0,5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.
"Sinquefield Cup"
II tur
Hans Nimann (ABŞ) -Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Leynyer Dominqes (ABŞ) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) - Alireza Firuzca (Fransa) 1:0
Levon Aronyan (ABŞ) - Maqnus Karlsen (Norveç) 0,5:0,5