14:19 06.09.2022 527

"Gürcülərdən daha cavan və enerjiliyik, hesabı dəyişəcəyik" - MÜSAHİBƏ

Şahmat üzrə qadınlar arasında son ölkə çempionatının qalibi Gövhər Beydullayeva Fanat.Az-a müsahibə verib.

Azərbaycan yığma komandasının üzvü olan 19 yaşlı qrossmeyster 20-31 avqustda Çexiyanın paytaxtı Praqada təşkil edilmiş şəxsi Avropa çempionatındakı nəticəsi və daha əvvəl Hindistanın Çennay şəhərində keçirilmiş Olimpiadada seçməmizin çıxışı barədə danışıb.

- Avropa çempionatında 11 turdan 7 xalla 19-cu oldunuz. Bu nəticəni özünüz üçün necə hesab edirsiniz? 
- Çıxışımı uğurlu saymıram. Daha yaxşı oynamaq imkanım var idi. Ümumdünya Şahmat Olimpiadası kimi çətin və gərgin keçən turnirdən dərhal sonra belə bir yarışa getmək yorucu idi. Ona görə gücümün çox hissəsini bu turnirdə göstərə bilmədim.

- Yarış ərzində sadəcə bir məğlubiyyətlə üzləşdiniz. Yeganə yenilginiz Nadya Tonçeva ilə ikinci tur görüşündə oldu. Reytinqinə görə Avropa çempionatının ən aşağı sıralarında yer alan sözügedən şahmatçıyla dueldə nə baş verdi?
- Həmin oyun ərzində üstünlüyüm var idi. Amma bunu reallaşdıra bilmədim. Sonda heç-heçə etmək üçün bir neçə şans olsa da, buna razı olmadım. Bəzi riskli gedişlər etdim və təəssüf ki, məğlub oldum. Bu məğlubiyyət bəli, gözlənilməz oldu. Məğlubiyyətimin əsas səbəbini yenə də yorğunluq ilə bağlaya bilərəm. Növbəti turnirlər üçün fiziki hazırlığa daha çox önəm verməyi planlaşdırıram.

- Əvəzində, Lela Cavaxişvili və Nana Caqnidze kimi tanınmış, yüksək reytinqli şahmatçılarla görüşlərdə birlikdə 1,5 xal qazandınız. Ümumilikdə, azərbaycanlı xanımların komanda yarışında daim çətinlik çəkdiyi, sizin də yer aldığınız millinin Avropa çempionatından bir ay əvvəl keçirilmiş Şahmat Olimpiadasının həlledici turunda məğlub olaraq mükafatsız qaldığı gürcü şahmatçılarla budəfəki duelləri təmsilçilərimiz üçün uğurlu saymaq olar. Sizcə, qısa zaman ərzində belə fərqli nəticələr nə ilə bağlıdır?
- Cavaxişvili üzərində qələbə qazandım. Caqnidze ilə dueldə də yaxşı vəziyyətim var idi. Sonda üstünlüyü nəticəyə çevirə bilmədim.

Olimpiadaya gəldikdə, turnirdən əvvəl və turnir boyunca komanda olaraq hər birimiz mükafatçılar sırasında olacağımıza çox inanırdıq. Sonuncu turnirdən də göründüyü kimi, bizim gürcülərə qalib gəlməyə belə yetəcək gücümüz var. Düşünürəm ki, bəlkə də, onların daha çox təcrübəsi olduğundan, Olimpiadada bizə qalib gəldilər. Gürcüstan yığmasının üzvlərinin hər birinin reytinqi və təcrübəsi bizdən daha çoxdur. Amma biz  onlardan daha cavan və enerjili komandayıq. İnanıram ki, komanda görüşlərində də onlarla olan hesabımızı dəyişəcəyik.

- İldən-ilə artırırsınız. Ümumilikdə 2022-ni sizin üçün uğurlu adlandıra bilərik. Növbəti şəxsi Avropa çempionatında artıq medal haqda düşünmək olar?
- Bu Avropa çempionatında yaxşı formada olmasam da, 19-cu yeri tutaraq pul mükafatçıları sırasına düşdüm. Hətta son turda Caqnidzeyə qalib gəlsəydim, ilk "10-luğ"a daxil olmaq, Dünya Kubokuna vəsiqə əldə etmək şansım var idi. Növbəti şəxsi Avropa çempionatlarında daha yaxşı oynamağa və medallar uğrunda mübarizə aparmağa çalışacağam.

- Bu ay Şuşa turnirinə də qatılacaqsınız. Çox güman ki, Şuşanı görməmisiniz. Səfər öncəsi hansı hissləri keçirirsiniz və yarışda hədəfiniz nədir?
- Şuşaya ilk dəfə gedəcəyəm. Şuşa getmək düşüncəsi belə, inanılmaz duyğular yaradır. Həmin yarışda da uğurlu çıxış etməyə çalışacağam.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

Facebookdan bizi izləməyi unutmayın.
X