Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Global Championship" onlayn turnirində çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster pley-off sistemi ilə keçirilən yarışın ikinci turunda rusiyalı Aleksey Saranaya uduzub. Dörd rapid oyununun nəticəsinə əsasən, hesab 2,5:1,5 rəqibin xeyrinə olub.
Qeyd edək ki, turnirdə Teymur Rəcəbov da iştirak edir. O, ikinci mərhələdə hindistanlı Arcun Eriqaysi ilə qarşılaşacaq