Gürcüstanın Batumi şəhərində üç yaş kateqoriyası (U-8, U-12, U-12) üzrə şahmatçıların dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yarışda 19 nəfərlik heyətlə təmsil olunub. Lakin onlardan heç biri medal qazana bilməyib.
Şahmatçılarımızdan ən yaxşı nəticəni 12 yaşadək qızların yarışında yeddinci olan Xanım İsmayılova göstərib.
Medalları ümumilikdə 11 ölkənin şahmatçıları qazanıblar.