
Şahmat üzrə rusiyalı keçmiş dünya çempionu Anatoli Karpov Moskvada xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, Dövlət Dumasının binasında halı pisləşən deputat huşunu itirərək yerə yıxılıb. Həkimlərin sözlərinə görə, həmin vaxt o, sərxoş vəziyyətdə olub.
71 yaşlı qrossmeyster hazırda reanimasiyadadır.
Karpova ağır qapalı kəllə-beyin travması və sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Onun süni koma vəziyyətində olduğu bildirilib.