
Bu gün Azərbaycan şahmatçısı Nicat Abasovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində "Fall Chess Classic" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Hans Nimann (ABŞ), Vidit Santoş Qucrati (Hindistan) və Yu Yangyi (Çin) də daxil olmaqla, 10 şahmatçı mübarizə aparacaq.
Turnir dairəvi sistem üzrə keçiriləcək və noyabrın 10-da başa çatacaq.