
Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən 25-ci Bavariya açıq çempionatında iştirak edir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster səkkizinci turda hindistanlı Gita Narayanan Qopalla qarşılaşıb. Qara fiqurlarla oynayan Səfərli rəqibi ilə "sülh bağlayıb".
Bu nəticədən sonra xalını 6,5-ə çatdıran Eltac eyni xala malik 9 şahmatçı ilə birgə liderlər qrupunda qərarlaşıb.
Ümumilikdə 150 şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.