
Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatına qatılacaqlar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti yayıb.
Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.