
Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin üçüncü günündə daha bir qızıl və iki bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Qiyas Əhmədov və Tengiz Qaqnidze bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə ediblər.
Eyni kateqoriyada Sabir Ağayev və Mikayıl Vəliyev cütlüyü üçüncü olaraq bürünc medala sahib çıxıb.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində isə iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov və Maqsud Mantaşev finişə üçüncü çataraq bürünc medal qazanıblar.
Yarış davam edir və günün proqramına uyğun olaraq, hələ altı final mərhələsi keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın gənc avarçəkənləri yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə 11 medal qazanıblar.