00:37 05.06.2023 286

Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı başa çatıb. 

Fanat.Az xəbər verir ki, yarışın son günündə 2 çəki dərəcəsində qaliblər bəlli olub. 

Qadın taekvondoçular arasında 53 kq-da dünya çempionu tituluna Nahid Kiyaniçande (İran) yiyələnib. Gümüş medala Ju Zio (Çin), bürünc mükafatlara Şad Sami Elhossein (Misir) və Tatyana Minina (Dünya Taekvondosu) sahib olub. 

Kişi taekvondoçular arasında +87 kq çəki dərəcəsinin ən güclüsü Şeyk Sallah Sisse (Fil Dişi Sahili) olub. O, finalda Karlos Sansoresi (Meksika) məğlub edib. 3-cü yerləri Emre Ateşli (Türkiyə) və Pasko Boziç (Xorvatiya) tutublar. 

Azərbaycan taekvondoçularından Həmidrza Bədriəliabadi (+87 kq) 1/4, Səmərrux Osmanova (53 kq) 1/16 finalda məğlub olub. 

Beləliklə, mayın 29-da start götürən və 145 ölkədən 949 idmançının qatıldığı mundialda 16 dəst medal öz sahibini tapıb. Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən yarışda qızıl medal qazanan idmançılar aktivinə 140 reytinq xalı əlavə ediblər. 

Kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa,  Xorvatiya, Macarıstan və İran fərqlənib. Azərbaycan millisi isə Dünya Taekvondosu tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib. 

Mundialın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib. 

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2024
00:29

Çempionlar Liqası: "Borussiya" finalın biraddımlığında - YENİLƏNİR

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

18:45

"Bayern" Pepin ürəyində xüsusi yerə sahibdir" - Qvardiolanın agentiəri açıqlama yaydı 

18:17

"Bizi maraqlı dönəm gözləyir" - "Liverpul"un kapitanı Slot barədə danışdılar

17:51

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

17:31

Braziliya millisinin sabiq hücumçusu həbs olundu

17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

16:50

Məşhur hücumçu 100-ə yaxın insanı xilas etdi - TƏFSİLAT

16:35

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilindi

16:13

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

15:56

"Liverpul"un yeni baş məşqçisi bilindi - Özü açıqladı

15:37

Amorim növbəti mövsümə harada başlayacağını dedi

15:19

"Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz" - Mats Hummels

15:01

"Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram"

14:43

Lautaro Martines növbəti mövsümə harada başlayacaq? - Vitse-prezident açıqladı

14:25

Azərbaycan seçməsi Minskdəki son oyununda darmadağınla üzləşdi

14:08

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

12:49

Dörd illik diskvalifikasiya olunan Poqba özünə yeni iş tapdı

12:30

Moyesin gedəcəyi rəsmən açıqlandı

12:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:52

Bu gün Azərbaycan Kubokunun qalibi bilinəcək

11:34

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

Facebookdan bizi izləməyi unutmayın.
X