Azərbaycanın iki taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, oğlanların 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Səyyad Dadaşov və qızların 42 kq-sında döyüşən Zemfira Həsənzadə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olublar.
Beləliklə, millimizin çempionatda əldə etdiyi mükafatların sayı 3-ə çatıb.
Xatırladaq ki, ilk yarış günündə dayanq üzərinə çıxan Pünhan Mürsəlov (45 kq) yarımfinalda məğlub olaraq "bürünc"lə kifayətlənmişdi.
Avropa birinciliyinə noyabrın 15-də yekun vurulacaq.
Sahib