20:31 12.12.2022 545

“İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik” - Millimizin baş məşqçisi

“Yarışda dünyanın ən güclü parataekvondoçuları dəvətlə iştirak edirdi. Bu siyahıda bizim 3 idmançımız yer almışdı və onlardan ikisi çıxışını qızıl medalla başa vurdu”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-prinin final mərhələsində 2 qızıl medal qazanan milli komandanın baş məşqçisi Fərid Tağızadə deyib. 

O, Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilovun (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmasını uğurlu nəticə adlandırıb. Tağızadənin sözlərinə görə, hər 2 parataekvondoçu titullu rəqiblərindən çəkinməyərək inamlı qələbə qazanıb: “Sabir Zeynalov öncə Panamerika çempionu olan braziliyalıya qalib gəldi. Onu böyük hesabla məğlub etdikdən sonra yarımfinala vəsiqə qazandı. Bu mərhələdə son israilli dünya çempionunu məğlub etdi. Görüşdə yenə böyük hesabla qələbə qazanan 17 yaşlı Zeynalov finalda türkiyəli Avropa çempionu ilə çox ağır döyüş keçirdi. Əzmkarlıq göstərərək qarşılaşmanı əlavə vaxta daşıdı və qızıl xalla qalib gəldi. İmaməddin Xəlilov Qran-priyə Özbəkistandan olan rəqibini mübarizədən kənarlaşdırmaqla başladı. O, yarımfinalda yaponiyalı dünya üçüncüsündən üstün oldu. Finalda isə Tokio-2020-nin bürünc medalçısına da gücünü göstərərək qızıl medala yiyələndi”. 

Tağızadə qeyd edib ki, qazanılan nəticə gərgin məşqlərin və komandanın özünəinamından irəli gəlir: “Mançesterdə Qran-pridən uğurla qayıtdıqdan sonra bu dəfə məhz qızıl medallar qazanmağı hədəfləmişdik. Səhvlərimiz üzərində işlədik, dayanmadan məşqlər etdik. Medal qazanmayan parataekvondoçumuz Əbülfəz Abuzərli də yarışa yaxşı hazırlaşmışdı və çox gözəl də döyüşürdü. Sadəcə son dəqiqələrdə səhv onu medaldan etdi”. 

Baş məşqçi 2022-ci ili komandası üçün dəyərləndirib. İl ərzində qatıldıqları bütün yarışlardan medalla dönən mütəxəssis bildirib ki, bununla kifayətlənməyəcəklər və növbəti uğurlara kökləniblər: 

“Mançesterdə Avropa çempionatında və Qran-pridə, Prezident kubokunda, Paris Qran-prisində 3 medala sahib olduq. Sofiya Qran-prisindən 1 mükafatla qayıtdıq. Bu seriyanın final mərhələsini isə daha uğurla yekunlaşdırdıq. 2 təmsilçimiz Azərbaycan himnini səsləndirdi. Nəticələrə nəzər salsaq, qənaətbəxşdir. Reytinq xallarını da artıra-artıra gedirik. Bir sözlə, Paris-2024 Yay Paralimpiya Oyunlarına inamla addımlayırıq. Hazırda Xəlilov dünya reytinqində 2-ci, Zeynalov 3-cü dünya reytinqində 3-cü, Abuzərli 6-cı yerdədir. Digər idmançılarımız da var və hər şey Parlimpiadaya hesablanıb. Məqsədimiz Parisdə Azərbaycanı yüksək səviyyədə təmsil edib, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirməkdir”. 

Çalışdırıcı gələcək hədəflərdən də danışıb. O vurğulayıb ki, gələn ilə dünya çempionatı ilə başlayacaqlar: “Düzdür, hələlik yeri və tarixi dəqiqləşməyib. Bu günlərdə məsələ həllini tapacaq. Mundialda reytinq xalını daha da yaxşılaşdırmaq üçün hər şey edəcəyik. Ondan sonra Qran-pri seriyaları və Avropa çempionatında mübarizə aparacağıq. İnanıram ki, hər şey plan üzrə gedəcək və biz daha yaxşı nəticələr əldə edəcəyik”. 

Xatırladaq ki, dünya reytinqində ilk “altılıq”da yer alacaq parataekvondoçular Paris-2024-ə lisenziya qazanacaqlar. Bu, gələn ilin son siyahısında - dekabrında bəlli olacaq və 2024-ün yanvarında rəsmi açıqlanacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X