
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
İdmançı 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.