14:35 28.09.2021 839

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

"Azərbaycanı çox sevirəm. Müharibədə dünyasını dəyişənləri anırıq. Əsgərlər böyük iş gördülər. Öz həyatlarını düşünmədən 30 ildir hamının gözlədiyi torpaqları geri aldılar. Buna bütün azərbaycanlılar kimi çox sevindim. Hərçənd, hələ də Rusiya vətəndaşıyam".

Bunu "Report"a açıqlamasında Azərbaycanın taekvondo üzrə olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev deyib. Əslən Dağıstandan olan 32 yaşlı idmançı hazırda Mahaçqalada istirahət etdiyini bildirib.

Ağır çəkidə çıxış edən taekvondoçu gələcək karyerasına dair qərar vermədiyini vurğulayıb: "Milli komanda məşqlərini bərpa edib. Mənə isə hələ bir müddətlik də istirahət verilib. Bakıya iki aydan sonra qayıtmağı düşünürəm. Yığmada qalıb-qalmamağımla bağlı problem yoxdur. Buna özüm qərar verəcəyəm".

Paris Yay Olimpiya Oyunlarına cəmi 3 ilin qaldığını deyən İsayev ilk ikiqat olimpiya çempionu kimi Azərbaycanın idman tarixinə düşməyi çox istədiyini, lakin hazırda davam, yoxsa idmandan getmək üzərində düşündüyünü də açıqlayıb: "Karyeramı bitirmək üçün elə də ciddi səbəblərim yoxdur. Amma hələlik nə edəcəyimə qərar verməmişəm. Olimpiya çempionu kimi əmək haqqı alırdım. Amma Tokio-2020-yə lisenziya qazana bilmədikdən sonra maaşımı kəsdilər. Əlbəttə, bu, heç kimin xoşuna gəlməz. Lakin ediblərsə, deməli, elə də olmalı idi. Belə hal hər yerdə olur. Amma əmək haqqı gedişim üçün ciddi səbəb deyil. Sadəcə, özüm böyük idmanda qalıb-qalmamaq üzərində düşünürəm. Hərçənd, baş məşqçi Reza Mehmandust mənə "Səni gözləyirik, yığma məşqlərə başlayanda gələrsən" deyib. Özüm də Azərbaycanda olmaq, orada yaşamaq istəyirəm. Lakin hələ məşqlərə başlamamışam".

Titullu idmançı karyerasına dair qərarı ilin sonunadək qəbul edəcəyini dilə gətirib. Lakin o, konkret səbəb göstərməyib: "Heç bir zədəm yoxdur, yaşım mane olmur. Sadəcə, özüm gələcək karyerama aydınlıq gətirməliyəm. Yaza bilərsiniz ki, karyerasını bitirməyi düşünür. Yaxın vaxtlarda qərar qəbul edəcək. Qoy, desinlər ki, tez gəldi, tez də getdi" (gülür - red.).

O, bir çox legioner kimi, Azərbaycan vətəndaşlığı almaq istədiyini diqqətə çatdırıb: "Hələ mənə şəxsiyyət vəsiqəsi verilməyib. Azərbaycanı xarici pasportla təmsil edirəm. Bir neçə dəfə xahiş etsək də, vətəndaşlıq vermədilər. Səbəbini bilmirəm. Azərbaycanca bilirəm, amma müsahibə verəcək səviyyədə yaxşı danışmağı bacarmıram. Azərbaycanda qalıb işləməyi çox istəyirdim. Gələcəkdə alınsa, buna çox sevinərəm. Yığmada çalışaraq, öz təcrübəmi bölüşmək istəyirəm. Olimpiadada olmuşam, qızıl medalın nə olduğunu bilirəm. Məşqçi kimi də buna nail olmaq istərdim. Amma hələlik gözləməli olacağıq".

İsayev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmamasının səbəbləri barədə də danışıb. Onun fikrincə, olimpiadadan kənarda qalmasına pandemiya və hazırlıq səviyyəsi təsir göstərib: "Pandemiya ilə əlaqədar heç birimiz yaxşı hazırlaşa bilmədik. Hər yer qapalı idi. Evdə oturduq, demək olar ki, məşq etmədik. Məgər bu, azdır? 32 yaşlı idmançı üçün böyük müddətdir. Digər ölkələr, məsələn, Rusiya yığması məşq edirdi. Azərbaycanda isə şərait əla olsa da, məşqlərə icazə verilmirdi. Bununla belə, mənim kimi təcrübəli və titullu idmançı üçün pandemiya kiçik səbəb sayıla bilər. Azacıq idman uğuru da çatışmadı. Deməli, qismət belə imiş. Əvəzində lisenziya turnirində uduzduğum şimali makedoniyalı Deyan Georgievski olimpiadaya vəsiqə qazandı və Tokioda gümüş medala sahib oldu. Deməli, Georgievski məndən gənc olmasına baxmayaraq, daha hazırlıqlı idi".

Təcrübəli taekvondoçu komanda yoldaşları Milad Beigi Hərçəqani və Fəridə Əzizovanın Tokio-2020-də medalsız qalmalarına da münasibət bildirib: "Rio-2016-da taekvondo növündə 3 medal qazanmışdıq, bu dəfə isə ümumiyyətlə, medalsız qaldıq. İndi kimisə ittiham etsək, bu, düzgün olmaz. Hər kəs öz səhvini anlamalıdır. Hesab edirəm ki, hamı - hardasa məşqçi, hardasa idmançı müəyyən dərəcədə günahkardır. Buna görə də konkret günahkar çıxarmaq düzgün olmaz".

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Azərbaycanın Tokiodan qızıl medalsız qayıtmasına da toxunub. İsayevin fikrincə, təkcə özü yox, digər idmançılar da karantindən əziyyət çəkib: "Uşaqlar bir ildən çox vaxt itirdilər. Bu da hamının çıxışına təsir göstərdi. Olimpiadada medal qazananların çoxu yaşlı idmançılar idilər. Rafael Ağayev məndən böyükdür, mənim böyük qardaşımdır. Onu misal çəkə bilərəm. Eləcə də güləşçilər. Biz hamımız bir-birimizi tanıyırıq. Hər yerdə yaş öz sözünü deyir. Yeni nazirlə gələndə tanış olaram".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

Facebookdan bizi izləməyi unutmayın.
X