18:11 08.06.2022 531

Taekvondo federasiyasında görüş

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Mançester şəhərində keçirilən Avropa çempionatında və Sofiyada təşkil olunan qran-pridə çıxış edən parataekvondoçularla görüş keçirilib. 

Fanat.Az xəbər verir ki, görüşdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev milli üzvlərini təbrik ediblər. 

Səfərov parataekvondoçularımızın çıxışını uğurlu adlandırıb. O bildirib ki, millinin həm qitə çempionatında, həm də qran-pridə medal qazanması böyük nailiyyətdir: 

“Asiya regionu üzrə “Prezident Kuboku” turnirində, ardından Avropa çempionatı və Sofiyada keçirilən qran-pridə gümüş və bürünc medallara sahib olmaq komandanın gücündən xəbər verir. Təbii ki, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclü görməkdir. Siz döyüşlərdə əsil qəhrəmanlıq göstərdiniz və sübut etdiz ki, güclüsüz. İnanırıq ki, qarşıdakı turnirlərdə daha da yaxşı döyüşüb medallara sahib olub, reytinq xallarınızı artıraraq növbəti Yay Olimpiya Oyunlarına lisenziyanızı təmin edcəksiniz”.

Paşayev də komandanın nəticəsini uğurlu hesab edib: 

“Rəqiblərinizin güclü olduğunu bilirdik. İmaməddin Xəlilovun finaldakı rəqibinin olimpiya çempionu olmasına baxmayaraq onunla başa-baş döyüşüb qızıl xala qalmasını, qran-pridə ilk rəqibi olan son Avropa üçüncüsü türkiyəli idmançını ilk döyüşdəcə məğlub etməsi buna bariz nümunədir. Hər üç yarışdan medalla qayıtdığınıza və döyüşlərdə göstərdiyiniz mübarizəyə görə sizə inanır və gələcək yarışlarda da uğurlar arzulayıram”.

Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasına inandığını deyib: 

“Özbəkistanda və Bakıda keçirilən təlim-məşqlər vaxtı nəticə verəcəyimizə inanırdım. Təəssüflər olsun ki, qızıl medala sahib ola bilmədik. Bunun üçün daha da çox hazırlaşıb yaxşı forma yığıb, önümüzdəki yarışlarda inamlı çıxış edəcəyimizə əminəm. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm. Çünki qazandığımız uğur tək bizim deyil, taekvondo ailəsinindir”. 

Avropa çempionatının gümüş mükafatçısı İmaməddin Xəlilov bildirib ki, qarşıdakı yarışlarda daha yüksək əyarlı medal arzusundadır:

Avropa çempionatının bürünc mükafatçısı Sabir Zeynalov isə daha uğurlu çıxış üçün səhvləri aradan qaldıracağını bildirib: 

“Rəqiblərimi tanıyırdım. Özbəkistanlı və türkiyəli taekvondoçu ilə qarşılaşmışdım. Özbək idmançını məğlub etsəm də, türkiyəli Əli Can Özcana müəyyən səhvlərim səbəbindən məğlub oldum. O səhvləri də bildiyimə görə aradan qaldırmağa çalışacam. Qarşıdakı yarışlarda vətənə qızıl medallar gətirəcəyimə inanıram”. 

Digər parataekvondoçu Əbülfəz Abuzərli isə uğursuz çıxışına aydınlıq gətirib. Onun sözlərinə görə, döyüşləri düzgün qurmayıb, müəyyən səhvlər buraxıb və sonradan toparlana bilməyib. 

Parataekvondo üzrə Azərbaycan milli komandası Asiya regionu üzrə parataekvondoçular arasında keçirilən “President Cup” G-2 kateqoriyalı turnirdə Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc, Böyük Britaniyanın Mançester şəhərində Avropa çempionatından İmaməddin Xəlilov K-44 70 kq çəki dərəcəsində gümüş, K-44 58 kq çəki dərəcəsində Sabir Zeynalov və Sadiq Həmidov K-44 63 kq bürünc, Bolqarıstanın paytaxtı Sofiyadakı qran-pridən isə İmaməddin Xəlilov (K-44 kateqoriya 70 kq) gümüş medalla vətənə dönüb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X