Ulduz tennisçi Serena Uilyams rasizmdən əziyyət çəkdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ABŞ idmançısının söylədiklərini WTA ictimaiyyətə belə çatdırıb:
"Çoxları bütün ömrüm boyu müxtəlif çətinliklərlə qarşılaşdığımı bilmir. Dəfələrlə qeyri-bərabərlik və rasizmlə üz-üzə qalmışam. Təəssüf ki, bu, dərisinin rəngi mənimki kimi olan insanlar üçün sıradan hal sayılır. Tez-tez belə vəziyyətə düşmək çox ciddi psixoloji gərginlik yaradır. Ancaq mən bunu normal saya, təslim ola bilməzdim. Şəxsən mən Tanrıya və onun kitabı olan İncilə inanıram. Tanrının köməyi ilə biz rahatlıq tapa, özümüzü təhlükələrdən uzaq tuta bilərik. Bu düşüncələrdə rahatlıq tapmışam. Nə yazıq ki, qaradərililərin böyük əksəriyyəti belə problemlərin öhdəsindən gəlməyə çətinlik çəkir".
Fanat.Az