Tvitterdə Ariel Helvani adıyla qeydiyyatdan keçərək saxta jurnalist profili yaradan istifadəçi UFC prezidenti Deyn Uaytı özündən çıxarıb.
Fanat.Az xəbər verir ki, sosial şəbəkə istifadəçisi belə yazıb: "Sensasiya! Uayt və Putin Həbib Nurməhəmmədovun ABŞ-a uçmasını razılaşdırıb. UFC 249 turniri deyildiyi vaxtda – aprelin 18-də baş tutacaq. Həbib əvvəldən nəzərdə tutulduğu kimi, Toni Feryusonla döyüşəcək”.
Deyn Uayt yazılanlara dərhal reaksiya verib: "Yalandı! Turnir baş tutacaq. Amma Həbibsiz. Bütün iştirakçıların adını özüm aprelin 6-da açıqlayacam”.
Fanat.Az