Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov UFC 249-un təxirə salınmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Rizvan instaqram storisində yazıb:
"İndi hara uçmaq lazımdı? Təyyarə reysi tapmaq lazım gəlsə, Putinə zəng etməyi unutmayın".
Xatırladaq ki, Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Toni Ferqyusonla döyüşməkdən imtina etmişdi. Bu gün isə UFC 249 turnirinin COVID-19-la əlaqədar olaraq ləğv edildiyi açıqlanıb.
Fanat.Az