13:55 21.04.2020 1523

Taktarov Həbibi vəhabi adlandırıbmı? - "Rus ayısı" məsələyə aydınlıq gətirdi

MMA veteranı, UFC 6 turnirinin qalibi Oleq Taktarov yüngül çəki dərəcəsində hazırkı UFC çempionu Həbib Nurməhəmmədov haqqındakı əvvəlki fikirlərinin yanlış anlaşıldığını və bilərəkdən onlara qarşı tələ qurulduğunu bildirib.

Daha əvvəl instaqramda izləyiciləri ilə ünsiyyətdə olan Taktarov, Həbib Nurməhəmmədovla aralarında müqayisə aparılarkən emosiyalarını gizlədə bilməmiş və "vəhabi" ifadəsindən istifadə etmişdi. Fanat.Az xəbər verir ki, "Rus ayısı" ləqəbli döyüşçü instaqramdakı canlı yayımda məsələyə aydınlıq gətirib:

"Bir vaxtlar mənim məsləhətlərimə qulaq asan, çempion olan və hələ də çempionluğunu qoruyan tələbəm (Həbib Nurməhəmmədovu nəzərdə tutur - red.) var. Haqqında "Tsumadinski rayonundan olan hansısa vəhabi" ifadəsini işlətdiyim insan artıq rəsmi olaraq vəhabi deyil. Mən hər şeyi bilirəm, xüsusi orqanlarda dostlarım var. Mən heç kimin adını çəkmirəm. Yeganə problemim odur ki, həqiqəti deyirəm.

Kimsə soruşdu, mən də cavab verdim. Öz düşüncəm idi və buna görə utanmaq niyyətim yoxdu. Tələbəmə tələ qurmaları mənim üçün heç də xoş deyil. Birdən başa düşdüm ki, kimsə ona həsəd aparanlardan biri, bəlkə də, birlikdə məşq etdiyi insan bunu edib.

İndi deyəcəklər: "Görürsünüz, Taktarov zəiflik nümayiş etdirdi". Burada zəiflikdən söhbət gedə bilməz. Mən, sadəcə, həqiqətləri deyirəm. Cənab təxribatçılar, sizin çalışqan tələbəmi "vəhabi" adlandıraraq incitməyinizə icazə verməyəcəm.
 
Onu "vəhabi" adlandırdılar, ilk əvvəl mənə yazdıqlarına başa düşmədim, sonradan anladım ki, bunlar hamısı bir tələdi. Həbibin vəhabi olduğuna dair məlumatı haradan əldə etdiyinizi bilmirəm".

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2026
22:42

"Neftçi" futbolçusu Cordan Rezabala ilə vidalaşıb

22:08

Marko Palestra layihəni bəyənmədi: "Çelsi"yə rədd cavabı

21:41

"Mançester Siti" Rodri ilə razılığa gələ bilmir

21:18

DÇ-2026: Türkiyə millisi Paraqvay ilə üz-üzə

20:48

"Arsenal" 80 milyonluq ulduzun ardınca düşdü

20:11

Əşrəf Hakimi məhkəmə önünə çıxır: "Əgər məşhur olmasaydım..."

19:42

PSJ və "Real Madrid" arasında 222 milyonluq Olise savaşı

19:08

Tahir Abdullayev Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək

18:37

Millimizin kapitanı püşkü dəyərləndirdi

18:07

Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək

17:49

Amorim bu iki futbolçunu "Milan"a gətirir

17:31

"İndiki heyətdə yeganə dünya səviyyəli futbolçumuz..." - Rio Ferdinand

17:13

"Real Madrid" sabiq yarımmüdafiəçisini geri qaytara biləcəkmi? - SON DURUM

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:56

İtaliya çempionatının bombardiri vəfat etdi

16:38

"Kukurelya La Liqada əziyyət çəkməli olacaq" - Daniel Olmo

16:26

"Şəfa" gənc vingeri ilə müqavilə yenilədi - RƏSMİ

16:20

Aydın Süleymanlı Maqnus Karlseni məğlub etdi

16:02

"Araz-Naxçıvan" xorvat futbolçunu heyətinə qatdı - RƏSMİ

15:50

Dambrauskas "Sabah"ın ÇL-dəki rəqibi ilə bağlı belə danışdı

15:43

"Barselona" Kambyazonun transferi üçün öz futbolçusunu "Yuventus"a verməyə hazırdır

15:24

"Portuqaliya mundialda uzağa getmək istəyirsə, Ronaldu kənara çəkilməlidir"

15:06

"Liverpul" Diomande üçün rəsmi təklif göndərdi - MƏBLƏĞ

14:48

Millimizin rəqibləri bilindi - Püşkatma

14:30

DÇ-2026-nın ilk turu: Ən erkən qol, 25 ötürməlik hücum və fərdi parlayanlar

14:06

Meksika millisinin mundiallarda ən yaxşı nəticəsi qeydə alındı

13:48

"Böyük Dəbilqə": Balabəy Monqolustanda çempion oldu

13:29

Messinin atası ölüb? - Argentina prezidenti işə qarışdı

13:11

Conatan Devid 1966-cı ildən bəri bunu bacaran ilk oyunçudur

12:53

"Böyük Dəbilqə": Balabəy finala yüksəldi

12:35

DÇ-lər tarixində Manzambi kimisi olmamışdı

12:16

DÇ-2026-nın ilk turu statistikada: Almaniya məhsuldar, Şotlandiya sərt, İspaniya intizamlı

11:58

"Neftçi"nin məşqçisi "İmişli" ilə anlaşdı

11:39

Barbarez İsveçrəyə darmadağını şərh etdi: "Dünyanın sonu deyil"

11:20

"Son matçda əlimizdən gələni edəcəyik" - Honq Myonq Bo

11:01

Avropa Liqası: Qadınların səfər, kişilərin ev sınağı

10:32

"Çexiya futbol oynamağı sevmir"

10:09

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

DÇ-2026: ABŞ ilə Avstraliya pley-offa erkən vəsiqə uğrunda duelə çıxır

Facebookdan bizi izləməyi unutmayın.
X