Döyüşsevərlərin səbirsizliklə gözlədiyi an yetişdi.
Fanat.Az xəbər verir ki, UFC 249 mayın 9-dan 10-na keçən gecə ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində baş tutacaq. Ümumi yayım Bakı vaxtı ilə saat 02:15-də başlayacaq. Əsas kardın startı isə 06:00-da veriləcək.
Turnirin əsas qarşıdurması Toni Ferqyuson və Castin Qetji arasında olacaq. Sözügedən döyüş saat 08:30-a planlaşdırılıb.
UFC 249 çərçivəsində keçiriləcək digər döyüşlər:
Henri Sexudo (15-2) - Dominik Kruz (22-2)
Fransis Nqannu (14-3) - Jairzinyo Rozenstruyk (10-0)
Ceremi Stivens (28-17) - Kelvin Kattar (20-4)
Qreq Hardi (5-2) - Yorqan De Kastro (6-0)
Entoni Pettis (22-10) - Donald Serrone (36-14)
Fabrisio Verdum (23-8) - Aleksey Oleynik (58-13-1)
Karla Esparza (15-6) - Mişel Uoterson (17-7)
Qeyd edək ki, UFC 249 ilk olaraq aprelin 19-na planlaşdırılsa da, sonradan koronavirus pandemiyası ilə əlaqədar olaraq təxirə salınmışdı. Həmçinin, eyni səbəbdən Həbib Nurməhəmmədov Toni Ferqyusonla döyüşdən imtina etmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol