Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovda COVID-19 aşkarlanıb.
Fanat.Az "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Abdulmanapın vəziyyəti məşqdən sonra pisləşib. Həkimlərin əvvəlcədən 57 yaşlı mütəxəssisə xəbərdarlıq etdikləri və məşqlərdə iştiraka qadağa qoyduqları bildirilir.
İlk olaraq Abdulmanapa pnevmaniya diaqnozu qoyulub. O, koronavirus testi verməkdən imtina edib. Vəziyyəti pisləşdikdən sonra Abdulmanap Moskvaya aparılıb. Mənbəyə görə, paytaxtdakı xəstəxanada məşhur məşqçinin koronavirusa yoluxduğu məlum olub.
Fanat.Az