Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov koronavirusdan əziyyət çəkir.
Fanat.Az "Mash" teleqram kanalına istinadən xəbər verir ki, Abdulmanapın vəziyyəti ağırdı. 57 yaşlı mütəxəssisin ağciyər ödəmi kəskinləşib. O, süni tənəffüs aparatına qoşulub.
Nurməhəmmədovun yaxınlarının gündə bir nəfər olmaq şərtilə yalnız axşam saatlarında onu ziyarət etməsinə icazə verilir.
Daha əvvəl Abulmanap insult keçirmiş və ürəyindən əməliyyat olunmuşdu.
Fanat.Az