Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes Abdulmanap Nurməhəmmədovun son vəziyyəti barədə TASS-a açıqlama verib.
Fanat.Az xəbər verir ki, Mendes Həbibin atasının koronavirusdan sağaldığını bildirib:
"Üç gün əvvəl Həbib atasının vəziyyətinin yaxşıya doğru getdiyini demişdi. Sonra ortaq tanışlarımızdan biri ilə danışdım. O, Abulmanapın artıq koronavirus xəstəsi olmadığını dedi.
Ürək əməliyyatından sonra onda ağırlaşma olmuşdu. Təbii ki, Abdulmanapa görə narahat idim. Hətta arada göz yaşlarımı da saxlaya bilməmiş və ağlamışdım. Belə böyük insanın tezliklə sağalmasını istəyirəm".
Abdulmanap Nurməhəmmədov aprel ayından xəstəxanadadı. O, ürəyindən əməliyyat olunmuşdu. Bununla yanaşı, Abdulmanapın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.
Fanat.Az