Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun son vəziyyəti barədə məlumat verib.
Fanat.Az xəbər verir ki, rus döyüşçü "Instagram" hesabındakı açıqlamasında Abdulmanapın koronavirusa qalib gəldiyini bildirib:
"Atamın vəziyyəti hələ də ağırdı. O, reanimasiyadadı. Koronavirusdan sağalsa da, virusun nəticələri ağır oldu.
Böyrəyi və ürəyi ilə bağlı problemlər var. Koronavirusa görə artıq narahat olmağa dəyməz. Sadəcə, virusun yaratdığı problemlər çoxdu.
Onun yanına gedirəm. Hər gün yarım saat icazə verirlər. Aparatlara qoşulub, ünsiyyət qura bilmirik. Əlini tuturam və jestləri ilə məni tanıdığını hiss etdirir.
Dünyanın ən yaxşı həkimləri atamın müalicəsi ilə məşğuldular. Bu barədə şübhəm yoxdu. Onlara hər şeyə görə təşəkkür edirəm. Zaman lazımdı. Rehabilitasiya prosesi çətin olacaq və uzun müddət davam edəcək".
Fanat.Az