Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov 40 yaşına qədər Rusiya vətəndaşları arasında ən uğurlu insandı.
Fanat.Az xəbər verir ki, "Forbes" jurnalının açıqladığı siyahıda birinci pillədə yer alan dağıstanlı döyüşçü rəqib tanımır.
"Forbes" siyahıdakıların mövqeyini qazancına, KİV-də və sosial şəbəkələrdə adının çəkilmə sayına, eləcə də axtarış sistemlərindəki populyarlığına görə müəyyənləşdirib.
Həbibin illik qazancı 16,5 milyon dollar məbləğində dəyərləndirilibsə, mətbuatda 49 754 dəfə yada düşdüyü açıqlanıb.
İkinci yerdə teleaparıcı Olqa Buzova qərarlaşıb. Üçüncü yeri isə müğənni Yeqor Krid tutub. Hokkeyçi Aleksandr Oveçkinin dördüncü sırada mövqe tutduğunu da bildirək. Düzdü, Oveçkin Buzovadan və Kriddən çox qazanır. Ancaq onlar qədər məşhur deyil.
Fanat.Az