Orta ağır çəki dərəcəsində UFC çempionu - amerikalı Con Cons Frensis Nqannu ilə mümkün döyüşü haqda fikirlərini bölüşüb.
Fanat.Az "BJ Penn"ə istinadən xəbər verir ki, Cons belə danışıb:
"Əlbəttə, o məni nokauta "söndürə" bilər. Almacıq sümüyümü qırmaq ehtimalı da var. Bunu əvvəldən nəzərə alsam, yaxşı hazırlaşa bilərəm. Əlbəttə, çox təhlükəli rəqibdi. Sürət, möhkəm çənə və güləşmək bacarığı üstünlüklərimdi. İlk raundu dözə bilsəm, nokauta düşməsəm, ona qalib gələcəm".
Fanat.Az