UFC çempionu Konor Makqreqor Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb irland döyüşçünün qeyri-etik davranışları olub. Makqreqor nümayişkaranə cinsi davranışda günahlandırılır.
32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.
Fanat.Az