Yüngül çəkidə müvəqqəti UFC çempionu Castin Qetji Həbib Nurməhəmmədovla oktyabrın 24-də keçirəcəyi görüşdən danışıb.
Fanat.Az "MMA Fighting"ə istinadən xəbər verir ki, o, dağıstanlı idmançını Əbu-Dabidə (BƏƏ) baş tutacaq döyüşdə güləşmədən yenəcəyini söyləyib:
"Özünəinam hazırda əsas üstünlüyümdü. Açığı, udub-uduzmağın dərdini çəkmirəm. Nurməhəmmədovdan üstün olduğumu bilirəm. Ən önəmlisi parter vəziyyətinə düşməməkdi. Həbiblə güləşmək fikrim yoxdu. Bu yolla ona qalib gəlmək çətin məsələdi. Rəqibi yaxşıca əzişdirərək təslim etmək və ya sarsıdıcı zərbələr seriyası ilə nokauta göndərmək istəyirəm. Ondan yaxşı olduğumu sübuta yetirmək üçün səbirsizlənirəm".
Fanat.Az