"Yenə qurşaqdan aşağı zərbə vurum?" - Şarapova Cokoviçlə belə zarafatlaşdı (VİDEO)
Novak Cokoviç və Mariya Şarapova instaqram canlı yayımında söhbətləşiblər.
Fanat.Az xəbər verir ki, tennisçilər söhbət zamanı 2012-ci ildə birlikdə çəkildikləri reklam filmindən bəhs ediblər.
Şarapova qeyd edib: "Deyəsən, onda topla zəif yerinə zərbə endirmişdim. Ondan sonra bir neçə "Böyük dəbilqə" qazandın, hə? 20-yə yaxın... Yenə qurşaqdan aşağı vurmağımı istəyirsən?"
Cokoviçin cavabı gecikməyib: "Yox, artıq zərbə vurmağına ehtiyac yoxdu".
Sözügedən çəkilişin gedişində Cokoviç top qutusunu başının üzərinə qoymuş, Şarapova isə qutunu vurmağa çalışmışdı. Lakin bu zaman Maşa serb tennisçininin zəif yerini nişan almışdı.
Fanat.Az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.