
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Murov”-un idman zalında baş tutan qarşılaşma Fərid Cəlalovun komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:20 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:12.
Qələbə sayəsində xalını sayını 6-ya çatdıran "Murov" liderliyə yüksəlib. “Sərhədçi”nin isə hələ də xalı yoxdur.
Qeyd edək ki, fevralın 12-də V turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. 17:00-da isə MOİK – “Ekspress” matçı başlayacaq.