Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrənin oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan XVI turun ilk qarşılaşmasında “Neftçi” MOİK-i sınağa çəkib. Matçın taleyinə tay-breykdə aydınlıq gəlib. Birinci hissədə 25:23 hesabı ilə qalib gələn MOİK növbəti 2 setdə 21:25, 22:25 hesabı ilə məğlub olub. Dördüncü hissədə Eldar Əliyevin komandası 25:22 hesabı ilə üstün olaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:9 hesabı ilə qalib gələn “Neftçi” görüşün yekun hesabını müəyyənləşdirib -3:2.
Günün ikinci matçında “Ekspress” “Murov”la görüşüb. Bu qarşılaşmada qalib 3 hissədə müəyyən olunub. “Murov” voleybolçuları 3 xalı "quru hesablı" (25:12, 25:22, 25:14) qələbə ilə əldə edib.
Beləliklə, XVI turdan sonra “Murov” 35 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 30 xalla ikinci, MOİK 22 xalla üçüncü, “Ekspress” 6 xalla dördüncü, bu turda istirahət edən Sərhədçi” isə 3 xalla sonuncudur.