Bu gün kişi voleubol komandaları arasında Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, bunadək bütün komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşdiyindən sonuncu tur formal xarakter daşıyır. Günün ilk görüşündə qızıl və gümüş mükafatçı üz-üzə gələcək. “Murov” favorit sayıldığı qarşılaşmada “Neftçi”ni qəbul edəcək.
Turun digər görüşündə isə bürünc medalçı MOİK "Sərhədçi" ilə qarşılaşacaq.
Matçlar “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Yüksək Liqa
XX tur
15:00 "Neftçi" - "Murov"
17:00 "Sərhədçi" - MOİK
Turnir cədvəli: "Murov" - 41 (43-7), "Neftçi" - 36 (39-14), MOİK - 25 (28-23), "Sərhədçi" - 6 (9-40), Ekspress - 6 (7-42).