Fransa millisinin iki futbolçusunun - hücumçu Antuan Qrizmannla qapıçı Uqo Lyorisin Kərim Benzemanın mundialdan kənarda qalmasından məmnun olduqları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Give Me Sport" yayıb.
Xəbərə görə, sözügedən oyunçular özlərini millinin liderləri saydıqları üçün Benzemanın DÇ-də ön plana çıxmasını istəməyiblər. Mənbə Kərim mundial ərəfəsində zədə alaraq yığmanın düşərgəsindən göndərildikdən sonra Lyorislə Qrizmannın olduqca xoşbəxt göründüyünü vurğulayıb.
Qeyd edək ki, DÇ-2022-nin finalında Fransa millisi Argentina ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.
Nihat