UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bunlar Paulo Dibala (“Roma”), Rafa Silva (“Benfika”), Yonas Hofmann (“Bayer Leverkuzen”) və Canluka Skamakkadır (“Atalanta”).
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində aydınlıq gələcək.