"Liverpul"un sabiq oyunçusu, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə "Atalanta"dan aldığı ağır məğlubiyyəti (0:3) şərh edib.
Fanat.Az xəbər verir ki, Karrager şəxsi "X" hesabında belə yazıb:
"Dəhşətli nəticə və dəhşətli oyun. "Liverpul" üçün yeganə təsəlliverici məqam budur ki, artıq "Atalanta" ilə cavab matçına ikinci heyətlə çıxa və diqqətini bundan sonra Premyer Liqanın oyunlarına yönəldə bilər".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat