"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Arda Gülerə gələcək karyerası ilə bağlı məsləhət verib.
Fanat.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, italiyalı mütəxəssis 19 yaşlı futbolçuya icarəyə yollanmasının daha faydalı olacağını deyib.
Mənbə "Kral klubu"nun hələ Arda ilə bağlı yekun qərara gəlmədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Güler ötən ilin yayında "Fənərbağça"dan "Real"a transfer olunsa da, ardıcıl zədələr səbəbindən yalnız bu qış debüt edə bilib. Ümumilikdə "Real" forması ilə 7 matça çıxan gənc türk 1 qol vurmağa imkan tapıb.