Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Vest Hem”ə qarşı oyuna (2:2) çıxarkən baş məşqçi Yürgen Kloppla mübahisə edib.
Fanat.Az xəbər verir ki, epizod matçın 82-ci dəqiqəsində baş verib.
Salahı ehtiyatdan meydana çıxmağa hazırlaşan digər komanda yoldaşları - Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.
Xatırladaq ki, Klopp bu ilin yanvarında cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.