Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda 7 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Asiman Qurbanlı və Mədinə Sadıqova "Moskva Vselennaya" turnirində "qızıl"a layiq görülüblər.
Finalda yenilən Rafiz Həsənov gümüş medala sahib çıxıb.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə yarışı üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, turnirə 27 ölkədən 331 karateçi qatılıb.