"Mançester Yunayted” klubunun əfsanəsi, Uels millisinin baş məşqçisi Rayan Giqqz həbs olunub.
Fanat.Az xəbər verir ki, veteran futbolçu ev zorakılığında ittiham olunur.
Giqqzin sevgilisi Keyt Qrevill polis çağıraraq sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.
Xatırladaq ki, daha əvvəl də adı qalmaqala qarışan Giqqzin öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.
Fanat.Az