"Tottenhem"in ulduz futbolçularına qarşı oğurluq hadisələri davam edir.
Fanat.Az xəbər verir ki, Dele Alli və Jan Vertonqendən sonra Harri Keynin oğruların hədəfinə çevirilib.
Məlumata görə, İngiltərə millisinin üzvünə məxsus dəyəri 100 min funt-sterlinq (təxminən 223 min manat) olan luks "Range Rover" avtomobili oğurlanıb.
Məlumatda bildirilir ki, oğurluq hadisələri Londonda fəaliyyət göstərən motosikletli dəstələr tərəfindən törədilib. Bu kimi dəstələr uzun müddətdi məşhur futbolçuları hədəf seçir. Onların Keyni uzun müddətdi izləmədiyi deyilir.
Qeyd edilir ki, polis futboluya bu dəstələrin çox peşəkar hərəkət etdiyini və avtomobilin tapılmaq ehtimalının az olduğunu bildirib.
28 yaşlı futbolçu özü isə açıqlamasında hadisə zamanı heç kimin xəsarət almamasına sevindiyini və avtomobilin onun üçün önəmli olmadığını bildirib.