Minifutbol üzrə Azərbaycan çempionatında X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Lider “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb. Komanda bu dəfə “Abşeron”u 3 cavabsız qolla məğlub edib.
“Zirə”nin ən yaxın izləyiciləri “Birbaşa Bakı” ilə “Odlar Yurdu”nun duelindən birincilər qalib ayrılaraq, ikinci pilləyə yüksəliblər.
Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) edib.
Azərbaycan çempionatı
X tur
“Abşeron” – “Zirə” 0:3
“İnter” – “Real Bakı” 3:3
“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1
“Dirçəliş” – “Veteran” 1:4