Azərbaycanlı MMA döyüşçüsü Fərid Əlibabazadə Almatıda keçirilən OCTAGON 43 turnirində qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, o, yüngül çəkidə liqanın keçmiş çempionu, qazaxıstanlı döyüşçü Alişer Qabdullinlə qarşılaşıb.
Döyüş ikinci raundda azərbaycanlı döyüşçünün qələbəsi ilə başa çatıb.
Bu, Fəridin karyerasında səkkizinci qələbəsi olub.