16:08 08.04.2021 1025

AVRO-2020: Ən çox azarkeş Bakıya gələcək

AVRO-2020-nin oyunları zamanı təşkilatçı şəhərlər arasında ən çox azarkeş Bakıya gələcək.

Fanat.Az xəbər verir ki, hələlik açıqlanan son rəsmi məlumatlara əsasən belə qənaətə gəlmək olar.

Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun (BOS) ümumi tamaşaçı tutumunun (68 700 nəfər) 50 faizi qədər fanat iştirak edəcək. Bu isə o deməkdir ki, hər matçda arenaya 34 350 azarkeş, 4 oyuna isə ümumilikdə ümumilikdə 137 400 nəfər buraxılacaq.

Düzdür, Rusiyanın Sankt-Peterburq şəhəri də oyunlar zamanı "Sankt Peterburq Arena"ya ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçının buraxılacağına təminat verib. Lakin tutumu 68 000 nəfər olduğundan, bu arena ümumi say baxımından Bakı Olimpiya Stadionundan geri qalır.

Digər təşkilatçı şəhərlərdən ən çox təminat 10 - 15 min azarkeşə verilib. Almaniyanın Münhen şəhəri, İtaliyanın paytaxtı Roma və Macarıstanın paytaxı Budapeşt hələ azarkeş sayı ilə bağlı planlarını açıqlamayıb. İrlandiyanın paytaxtı Dublin isə UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib. Bu səbəbdən Dublinin təşkilatçılıq hüququndan məhrum ediləcəyi bildirilir.

Bakıdakı oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Başqa sözlə, Bakı Olimpiya Stadionundakı matçları Azərbaycan, Türkiyə, Uels və İsveçrə vətəndaşları izləyə biləcək. 1/4 final mərhələsində isə bu say daha da artacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

21:27

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

20:54

"Heç bir klub birdəfəyə 150 milyon ödəmir"

20:23

"Tottenhem"in kapitanı qərarını verdi

19:42

MLS-dən Pulişiç üçün astronomik təklif

19:21

Gilmerto Oçoa üçün tarixi matç

18:39

"Lids Yunayted"dən pulsuz ulduz transferi

Facebookdan bizi izləməyi unutmayın.
X