10:51 09.06.2021 993

İsveçrə yığmasının futbolçuları Bakını təriflədi

"Biz "Bilgah Beach" otelində qalırıq. Kart, "PlayStation" oynayır və söhbət edirik".

Fanat.Az xəbər verir ki, bunu Bakıda səfərdə olan İsveçrə yığmasının futbolçusu Haris Seferoviç deyib. Portuqaliya "Benfika"sından dəvət almış 29 yaşlı hücumçu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelslə keçirəcəkləri oyundan 3 xalla ayrılmaq istədiklərini bildirib: "İtaliya ilə Romada keçirəcəyimiz ikinci tur oyununa 3 xalla yollanmaq yaxşı olardı".

Almaniya "Auqsburq"undan çağırılmış vinger Ruben Varqas isə Bakıda onlara yaradılmış şəraitdən razılıq ifadə edib: "Yaxşı otelimiz, yaxşı yeməyimiz və yaxşı məşq meydanımız var".

Blue News" nəşrinin "İsveçrə yığmasının ulduzları Bakıda öz nağıllarını yaradırlar" başlıqlı yazısında İsveçrə yığmasının 1996-cı ildə Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduğu dünya çempionatının seçmə oyunu vaxtı gördükləri ilə müqayisədə hazırkı Bakını müqayisə edib. Nəşr yazır ki, həmin vaxtdan 25 il sonra isveçrəli futbolçular tam fərqli mənzərə ilə qarşılaşıblar. Yazıda Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionunadək 8 zolaqlı yolun çəkildiyi, küçələrin göydələnlərlə əhatə olunduğu vurğualanıb.

O da qeyd edilir ki, İsveçrə yığmasını koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə mərkəzdən uzaqda qalmaları narahat etmir: "Oyunçular Avropa çempionatı zamanı "köpük"də qalmalıdırlar. Onların yalnız oteldə, avtobusda, məşq meydanlarında və ya stadionda olmalarına icazə verilib. UEFA ətraf dünya ilə təmasları qadağan edib. UNESCO-nun Ümumdünya İrs Siyahısına saldığı İçəri Şəhərə, brend mağazalara və sahilkənarı Nizami küçəsinə ("Torqovı") ekskursiyaları mümkün deyil.

Komanda üzvləri məşqlərini "Bilgah Beach" otelindən 10 dəqiqəlik məsafədə olan "Dalğa Arena"da keçirlər. Cerdan Şakiri, Qranit Caka və digərləri bu stadiona ayaq basan ilk ulduzlar deyillər. 4 il əvvəl burada 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilib və hollandiyalı Mattis de Liqt, almaniyalı Kay Haverts kimi məşhurlar üzə çıxıblar.

Yazıda o da bildirilir ki, İsveçrə millisi Bakıda dəhşətli film yox, "Minbir gecə" çəkmək niyyətindədir. (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X