Bu gün AÇ-2020-nin F qrupunda Macarıstanla qarşılaşan Portuqaliya millisi darmadağına sevinib - 3:0.
Fanat.Az xəbər verir ki, oyunun 87-ci dəqiqəsində penaltidən fərqlənərək hesabı 2:0-a çatdıran Kriştianu Ronaldu Avropa çempionatlarındakı 10-cu qolunu vurub.
Bununla da o, Fransa millisinin sabiq hücumçusu Mişel Platinini geridə qoyaraq rekord müəyyənləşdirib. Matçın sonlarında dublunu rəsmiləşdirən superulduzun hesabında artıq 11 qol var.
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol