AÇ-2020-nin A qrupunda yer alan Türkiyə millisi bu gün Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyunu stadiondan canlı izləyiblər.
Matça canlı baxanlar arasında UEFA-nın prezidenti Aleksandr Çeferin, zəngin karyeraya malik portuqaliyalı sabiq futbolçu Luiş Fiqu da olub.
Qeyd edək ki, Türkiyə yığması Uelsə 0:2 hesabıyla uduzub.
Fanat.Az