AVRO-2020-nin 1/8 final mərhələsində baş tutan Xorvatiya – İspaniya matçı (3:5) türkiyəli FİFA referisi Cüneyt Çakır üçün əlamətdar olub.
Fanat.Az Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 44 yaşlı hakim Avropa çempionatları tarixində ən çox oyun idarə edən hakim ünvanına sahib çıxıb.
Xorvatiya - İspaniya matçı Çakırın Avropa çempionatlarında idarə etdiyi 9-cu matç olub. O, daha öncə AVRO-2012-də və AVRO-2016-nın hərəsində üç oyunda iş başında olmuşdu. Hazırda davam edən qitə birinciliyində də üç oyuna təyinat alan fit sahibi artıq bu baxımdan rekordçudur.
Fanat.Az